Polşada azərbaycanlı tələbə qəfil öldü – Foto

Polşada azərbaycanlı tələbə qəfil öldü – Foto

Polşada azərbaycanlı tələbə qəfil vəfat edib.

AzerTimes xəbər verir ki, bu barədə Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli məlumat verib.

O bildirib ki, Varşava İqtisadiyyat və Humanitar Elmlər Universitetinin (University of Economics and Human Sciences in Warsaw) həm tələbəsi, həm də əməkdaşı olan 30 yaşlı Murad Qarayev ürəktutmadan dünyasını dəyişib.

F.Cəfərli bildirib ki, Murad Qarayevin nəşinin Azərbaycana göndərilməsi məqsədilə iş aparılır. Bunun üçün onun təhsil aldığı və işlədiyi universitet tərəfindən yardım fondu yaradılıb.

Teqlər: