Polşanın paytaxtı Varşavada yüz minlərlə insan aksiya keçirib.
AzerTimes xəbər verir ki, bu barədə “Deutsche Velle” məlumat yayıb.
Aksiya iştirakçılarının sözlərinə görə, onlar bahalı həyata, saxtakarlıq və yalana qarşı, həmçinin demokratiya, azad seçkilər və Avropa Birliyindən yana aksiyaya çıxıblar.
Təxminən 500 min nəfərin iştirak etdiyi aksiyada Polşanın sabiq prezidenti Lex Valensa da iştirak edib.
Məlumata görə, bu, 1989-cu ildən sonra keçirilən ən böyük aksiyadır.