Polşa və Ukrayna vahid dövlət olacaq? – Gizli görüş

Polşa və Ukrayna vahid dövlət olacaq? – Gizli görüş

Ukrayna və Polşa prezidentləri Vladimir Zelenski və Andjey Duda gizli şəkildə vahid dövlətin yaradılması ilə bağlı razılığa gələ bilərlər.

AzerTimes xəbər verir ki, bu sözləri keçmiş amerikalı casus Skott Ritter deyib.

“Prezidentlər Polşa və Ukrayna arasında siyasi birliyin yaradılması imkanını müzakirə etmək üçün dəfələrlə görüşüb. Ancaq bu birlik iki dövlət arasında sərhədləri silə və sonda Polşa və Rusiya arasında toqquşmaya təhrik edə bilər”, – Ritter bildirib.

Onun sözlərinə görə, Polşa hökuməti Ukraynaya yeni silah tədarükünü fəal şəkildə dəstəkləyir. Həmçinin, polşalı yaraqlılar Ukrayna Silahlı Qüvvələrinin sıralarında döyüşürlər.

Teqlər: