Polşa və Ukrayna gərginliyi: nə baş verir?

Polşa və Ukrayna gərginliyi: nə baş verir?

Polşa Ukraynaya kifayət qədər dəstək verir, hərbi yardım göndərir. 2 milyona yaxın ukraynalı Polşada sığınacaq alıb. Ona görə də inanmıram ki, Ukrayna ilə Polşa arasında münasibətlər daha da gərginləşsin.

Bu sözləri AzerTimes-a açıqlamasında politoloq Elxan Şahinoğlu Polşa və Ukrayna münasibətləri haqda danışarkən deyib.

O qeyd edib ki, münasibətlərin gərginləşməsi hər iki ölkənin maraqlarına cavab vermir:

“Bu, sadəcə, Rusiyanın maraqlarına uyğundur. Rusiya Prezidenti Vladimir Putin hər zaman bildirir ki, guya Polşanın Ukraynaya qarşı ərazi iddiası var. Amma Polşanın elə bir iddiası yoxdur. Bu, Putinin qəsdən ortaya atdığı bir iddiadır. Hazırda iki ölkə arasında müəyyən anlaşılmazlıq var və hesab edirəm ki, ortadan qaldırılacaq. Həmçinin AB və ABŞ iki ölkə arasında gərginliyin artmasına icazə verməz”, – politoloq qeyd edib.

Qeyd edək ki, Polşa Prezident Administrasiyasının beynəlxalq siyasət idarəsinin rəhbəri Marçin Pşidaç yerli mediaya müsahibəsində Ukrayna taxılının Polşa vasitəsilə ixracının qarşısının alınması ilə bağlı vəziyyət haqda danışarkən, Kiyevin Varşavadan böyük dəstək aldığını, bunun Ukrayna tərəfindən qiymətləndirilməsinin lazım olduğunu deyib. Buna cavab olaraq Ukrayna XİN Polşa səfirini çağırıb.

Ukrayna Prezident Ofisi də Kiyevin Polşanın göstərdiyi yardımı dəyərləndirməməsi ilə bağlı iddiasını əsassız adlandırıb. Polşa da Ukrayna səfirini buna görə çağıraraq, narazılığını bildirib.

Teqlər: