Polşa və Ukrayna arasında gərginlik artır

Polşa və Ukrayna arasında gərginlik artır

Polşanın Baş naziri Mateuş Moravetski Kiyevin Polşa səfirini Xarici İşlər Nazirliyinə çağırmaq qərarını səhv adlandırıb.

AzerTimes xəbər verir ki, bu barədə Moravetski Tvitterdə yazıb.

O bildirib ki, Ukrayna belə bir addımı atmamalı idi:

“Polşa səfiri – Rusiyanın Ukraynanı işğal etdiyi gün Kiyevdə qalan yeganə səfir – Xarici İşlər Nazirliyinə çağırılmamalı idi. Beynəlxalq siyasətdə, davam edən müharibə şəraitində Polşanın Ukraynaya verdiyi böyük dəstəyi nəzərə alsaq, belə səhvlərə yol verilməməlidir”.

Qeyd edək ki, Polşa da Ukraynanın səfiri Vasili Zvariçi Xarici İşlər Nazirliyinə çağırıb. Səbəb isə Kiyevin Polşa səfirini Ukraynanın onlara təşəkkür etməməsi ilə bağlı Varşavadan gələn tənqidlər fonunda XİN-ə çağırması olub.

Teqlər: