Belarusdakı “Vaqner” muzdluları NATO ölkələrinin sərhədində təxribatlar törədə bilər.
AzerTimes xəbər verir ki, bu fikrləri Polşanın Baş naziri Mateuş Moravetski və Litva Prezidenti Gitanas Nauseda bölüşüblər.
Baş nazir Mateuş Moravetski bildirib ki, Belarusdakı vaqnerçilər təhlükəlidir:
“Çünki onlar NATO-nun şərq sərhədində sabitliyi poza bilər. Bu gün Polşa və Litvanın sərhədləri şərqdən gələn despotizmin təzyiqini dayandıran azad dünyanın sərhədləridir. Bizim sərhədlərimizdə (Litva və Polşada) iki ildir davam edən müxtəlif hibrid hücumlar dayandırılıb”.
Prezident Gitanas Nausedanın sözlərinə görə isə “Vaqner” muzdlularının Belarusda olması Litva, Polşa və NATO müttəfiqləri üçün əlavə təhlükəsizlik riskidir:
“Biz ayıq-sayıq qalırıq və istənilən ssenariyə hazırıq”.