Polşa Ukraynaya dron ixracını sadələşdirir

Polşa Ukraynaya dron ixracını sadələşdirir

Polşadan Ukraynaya dronların ixracı Polşanın inkişaf və texnologiya nazirinin verdiyi ümumi icazə əsasında həyata keçirilə bilər.

AzerTimes xəbər verir ki, müvafiq qərar Ukraynanın müraciətinə cavab olaraq Polşa hökuməti tərəfindən qəbul edilib.

Polşanın inkişaf və texnologiya nazirinin qərarına əsasən, pilotsuz uçuş aparatlarının (PUA) Ukraynaya ixracı üçün ümumi icazədən Polşada yerləşən istənilən qurum (kommersiya və ya qeyri-kommersiya təşkilatları və ya fiziki şəxslər) istifadə edə bilər. Ümumi icazənin tətbiqi isə PUA-ların hər partiyasının ixracı üçün fərdi icazənin alınması zərurətini aradan qaldırır.

Teqlər: