Döyüş əməliyyatlarının hazırkı mərhələsində əminliklə demək olar ki, indiyə qədər Rusiya faktiki olaraq Ukrayna və onun vasitəsilə birbaşa müharibəyə girmiş NATO ilə savaşır. O ki qaldı Çinin münaqişədə Rusiyanın tərəfində birbaşa və ya dolayısı ilə iştirakına, ən azı indi buna çox şübhə edirəm.
Bunu AzerTimes-a müsahibəsində tanınmış rusiyalı politoloq, hərbi ekspert Yevgeni Mixaylov deyib.
“Bəli, Çin beynəlxalq arenada Moskvanı dəstəkləyir və Rusiyanın əvvəllər AB-yə satdığı enerji resurslarını ondan alır. Təkcə Çin Rusiyanı dəstəkləmir. Yaxın Şərq, Asiya və Latın Amerikasının bir çox ölkəsini bu sıraya daxil etmək olar. Hələ SSRİ dövründən rusiyayönlü əhval-ruhiyyənin hölm sürdüyü Afrikanı demirəm. Çinin Rusiyaya hərbi birləşməsi yalnız Tayvan uğrunda mübarizədə Pekin və Vaşinqton arasında birbaşa münaqişə olacağı təqdirdə mümkündür. Nəzərə almaq lazımdır ki, Çin nəhəng iqtisadi potensiala və böyük orduya malik olmasına baxmayaraq, heç vaxt həqiqətən də ciddi müharibələrdə iştirak etməyib. Bu kontekstdə Rusiyanın dəstəyinə ehtiyacı var. Çünki rus ordusu böyük döyüş təcrübəsinə və müasir silahlara malikdir”, – o bildirib.
Ukraynanın müttəfiqlərinə gəlincə, ekspert qeyd edib ki, AB-nin ən böyük quru ordusu, ABŞ-ın dəstəyi ilə hazırda formalaşmaqda olan Polşanın birbaşa münaqişəyə girə biləcəyi ehtimalı böyükdür:
“Yenə də bu kontekstdə Polşanın sırf şəxsi maraqları var, bunun arxasında Ukraynanın qərb bölgələrini ilhaq etmək istəyi dayanır. Varşava bunu artıq bütün kanallarda elan etməyə utanmır. Xülasə, əminliklə deyə bilərəm ki, AB və NATO-nun hələlik Rusiya ilə birbaşa münaqişə təhlükəsini görmürəm. Bu kontekstdə, yalnız ABŞ bunu sınamaq qərarına gəlsə, qalib olmayacaq. Rusiya sona qədər mübarizə aparacaq və öz milli maraqlarını müdafiə etmək üçün bütün imkanlarından istifadə edəcək. Amma ümid edirəm ki, bu, heç vaxt olmayacaq və müharibə edən tərəflərin diplomatları sonda danışıqlar masasına əyləşəcəklər”.