Polşa hakimiyyəti Ukraynaya silah tədarükü üçün son 30 ilin ən böyük müqaviləsini imzalayacaq. Müqavilənin ümumi məbləği 628 milyon dollardır.
AzerTimes xəbər verir ki, bu barədə Polşa Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, göndəriləcək silahlar Ukraynanın şərqindəki əməliyyatlar üçün olduqca vacibdir.