Polşa Ukraynaya 50 milyon ayırdı

Polşa Ukraynaya 50 milyon ayırdı

Polşa Ukraynaya sursat alınması üçün 50 milyon avro ayırıb.

AzerTimes xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Radoslav Sikorski danışıb.

Sikorski Polşanın Çexiyanın Ukrayna üçün artilleriya sursatının alınması təşəbbüsünə dəstək məqsədilə sözügedən addımı atdığını vurğulayıb.

Qeyd edək ki, Çexiya ilk addım kimi Ukraynaya artıq 50 min mərmi göndərib. Rəsmi Praqa sentyabr ayından ilin sonunadək hər ay 80-100 min mərmi göndərməyi üzərinə götürüb.

Teqlər: