Polşa Ukraynanı yeni məhdudiyyətlərlə hədələdi

Polşa Ukraynanı yeni məhdudiyyətlərlə hədələdi

Polşa Ukraynanı kənd təsərrüfatı məhsullarının tədarükünə yeni məhdudiyyətlərlə hədələyir.

AzerTimes xəbər verir ki, bunu Polşanın kənd təsərrüfatı və kənd inkişafı nazirinin müavini Mixal Kolodzeyçak deyib.

“Top Ukraynanın tərəfindədir. Ya Polşa ilə razılığa gələcəksiniz, ya da Ukrayna mallarının idxalına yeni məhdudiyyətlər tətbiq etməli olacağıq”, – o bildirib.

Kolodzeyçak qeyd edib ki, yaxın vaxtlarda kənd təsərrüfatı idarəsinin rəhbəri Çeslav Sekerski ukraynalı həmkarı Nikolay Solski ilə danışıqlar aparacaq.

Qeyd edək ki, hazırda Ukraynadan Polşaya buğda, qarğıdalı, günəbaxan və kolzanın idxalı qadağandır.

Teqlər: