Polşa Ukrayna taxılından imtina edir

Polşa Ukrayna taxılından imtina edir

Polşa Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına müvəqqəti qadağa qoyacaq.

AzerTimes xəbər verir ki, bu barədə Polşa Nazirlər Kabineti qərar qəbul edib.

Məlumata görə, fevralın əvvəlindən polşalı fermerləri birləşdirən təşkilatlar Ukraynadan gətirilən taxılın sonradan Polşa vasitəsilə başqa ölkələrə ixracı üçün öz ölkələrində saxlanmasına və satılmasına fəal etiraz edirlər. Fermerlər yeni məhsul üçün anbarlarda kifayət qədər yer olmaya biləcəyindən narahat olduqlarını bildiriblər.

Polşa taxıl məsələsinin həlli üçün Kiyevlə daimi təmasda olacaq.

Teqlər: