Polşa-Ukrayna münasibətləri pozulur? – Səfir

Polşa-Ukrayna münasibətləri pozulur? – Səfir

Ukraynanın kənd təsərrüfatı məhsullarına qoyulan məhdudiyyətlərlə bağlı mübahisə ikitərəfli münasibətlərə təsir etməyəcək və tərəflər bunu həll etməyə hazırdır.

AzerTimes xəbər verir ki, bunu Ukraynanın Polşadakı səfiri Vasili Zvariç deyib.

“Polşa və Ukrayna cəmiyyətləri bu münasibətlərin keşiyində durduğu üçün Polşa ilə dostluğumuzun və qardaşlığımızın möhkəm təməlini pozacaq və ya sarsıdacaq heç nə yoxdur.

Hazırda iqtisadi müstəvidə davam edən bu müzakirələr Ukrayna və Polşa arasında münasibətlərdə baş verənlərin yalnız kiçik bir hissəsidir. Məsələlərin böyük əksəriyyəti isə həqiqətən çox müsbət məcrada inkişaf edir”, – səfir bildirib.

Xatırladaq ki, Polşa, Slovakiya və Macarıstan Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına birtərəfli məhdudiyyətlər tətbiq edib. Bu isə rəsmi Kiyevin kəskin narazılığına və Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət ünvanlamasına səbəb olub.

Teqlər: