Polşa-Ukrayna gərginliyinə Kremldən reaksiya

Polşa-Ukrayna gərginliyinə Kremldən reaksiya

Polyakların Ukraynaya qarşı çoxlu iddiaları var. Bu iki ölkə arasında ziddiyyətlər daha da artacaq.

AzerTimes xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Peskovun sözlərinə görə, ölkələr arasında baş vermiş müxtəlif tarixi hadisələr onların müasir münasibətlərində də dərin iz qoyub:

“Orada çoxlu ziddiyyətlər var və bunlar daha da böyüyəcək. Biz bunu çox diqqətlə müşahidə edirik. Çünki Ukrayna bütün rusofobik hərəkatın mərkəzində dayanan ölkədir. Həmçinin polyaklar da bizə qarşı elə də mehriban deyillər”, – Peskov bildirib.

Qeyd edək ki, Polşa Prezident Administrasiyasının beynəlxalq siyasət idarəsinin rəhbəri Marçin Pşidaç yerli mediaya müsahibəsində Ukrayna taxılının Polşa vasitəsilə ixracının qarşısının alınması ilə bağlı vəziyyət haqda danışarkən, Kiyevin Varşavadan böyük dəstək aldığını, bunun Ukrayna tərəfindən qiymətləndirilməsinin lazım olduğunu deyib. Buna cavab olaraq Ukrayna XİN Polşa səfirini çağıraraq, etirazını bildirib.

Ukrayna Prezident Ofisi də Kiyevin Polşanın göstərdiyi yardımı dəyərləndirməməsi ilə bağlı iddiasını əsassız adlandırıb. Polşa da Ukrayna səfirini buna görə çağıraraq, narazılıq edib.

Ukrayna lideri Zelenski isə Polşaya yardımlara görə minnətdar olduğunu bir daha bildirərək, Ukrayna və Polşa xalqlarının azadlığı, eləcə də Avropanın dəyərləri və ümumi rus düşməni üzərində qələbənin hər şeydən üstün olduğunu vurğulayıb və emosiyaların soyuması üçün çağırış edib.

Teqlər: