Polşa hakimiyyəti Rusiya Federasiyasının üç diplomatını “persona non-qrata” elan edib.
AzerTimes-ın Tass-a istinadən xəbər verir ki, bu barədə Polşanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Səfirə Rusiyanın Varşavadakı səfirliyinin üç əməkdaşının “persona non qrata” elan olunması barədə diplomatik nota verilib”, – məlumatda deyilir.
Bildirilir ki, Polşanın Xarici İşlər Nazirliyi qərarın qəbul olunmasına səbəb olaraq diplomatik statusun həmin şəxslər tərəfindən pozulmasını göstərib.