Avqustun 15-də Polşa Ordusu Günündə Varşava irimiqyaslı hərbi parad özünün ən müasir silah və müdafiə sistemlərini nümayiş etdirib.
AzerTimes xəbər verir ki, bu barədə AP məlumat yayıb.
“İnsan kütlələri ağ-qırmızı bayraqlarla 35 dərəcə istidə ABŞ-ın “Abrams” tanklarını, HİMARS mobil artilleriya sistemlərini və “Patriot” hava hücumundan müdafiə sistemlərini görmək üçün gəlmişdilər. Bundan başqa, paradda F-16 və F-35 qırıcıları, Cənubi Koreyanın F-50 qırıcıları və K-9 haubitsaları, Polşanın öz istehsalı olan “Krab” tırtıllı haubitsaları, “Rosomak” zirehli transportyorları da nümayiş olundu”, – məlumatda qeyd olunub.
Bildirilib ki, paradda 2 minə yaxın hərbi qulluqçu, 200 hərbi texnika və 100 ədəd təyyarə iştirak edib.
Paradda çıxış edən Polşa Prezidenti Andjey Duda bildirib ki, 8 il əvvəl 100 min nəfər olan ordunun sayı hazırda 175 min nəfərdir:
“Polşanın müdafiə büdcəsi bu il 34 milyard dollara çatıb. Bu da bütün NATO-da ən yüksək göstəricidir. Bu nəhəng modernləşmənin məqsədi Polşa silahlı qüvvələrini təchiz etmək və elə bir müdafiə sistemi yaratmaqdır ki, heç kim bizə hücum etməyə cəsarət etməsin və Polşa əsgərləri heç vaxt döyüşmək məcburiyyətində qalmasınlar”.