Polşa Belarusla sərhəddə keçid məntəqəsində yük maşınlarının buraxılışını dayandırıb.
AzerTimes xəbər verir ki, bu barədə Belarus Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Gömrük Komitəsi buraxılış məntəqəsində 600-ə yaxın yük maşınının yığıldığını bildirib.
Qeyd olunub ki, altı yol-keçid məntəqəsindən dördü Varşavanın təşəbbüsü ilə fəaliyyətini dayandırıb.