Polşanın digər şəhərlərindən Azərbaycana aviareyslərin işə
salınması istisna olunmur.
Bunu Trend-ə
Polşanın “LOT Polish Airlines” aviaşirkətinin baş icraçı direktoru
Rafal Milçarski deyib.
“Biz əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı AZAL ilə
müzakirələrə açığıq. Qeyd etmək istərdim ki, AZAl sayəsində polşalı
turistlər Bakıya gələ və buradan Azərbaycanın digər şəhərlərinə
gedə bilir. Varşavadan başqa Polşanın digər şəhərlərindən
Azərbaycana reyslərin işə salınmasına gəldikdə, biz bunu istisna
etmirik”, – deyə o bildirib.
Onun sözlərinə görə, Varşava-Bakı-Varşava reysinin işə düşməsi
Azərbaycanla Polşa arasında iqtisadi, mədəni və sosial əlaqələrə
böyük töhfə verəcək.
“Bu marşrutun reallaşdırılması gözlənildiyindən daha çox vaxt
apardı ki, bu da əsasən COVID-19 pandemiyası ilə əlaqədar idi.
Bizim Azərbaycan hökumətindən, AZAL-dan aldığımız kömək də
əhəmiyyətli olub”, – R.Milçarski deyib.
İcraçı direktor qeyd edib ki, bu marşrut Polşada təhsil alan
çoxsaylı azərbaycanlıların hərəkətini asanlaşdıracaq.
Xatırladaq ki, Polşa aviadaşıyıcısı mayın 28-də Varşavadan
Heydər Əliyev Beynəlxalq Aeroportuna ilk reysini həyata keçirib.
Uçuşlar həftədə 4 dəfə yerinə yetiriləcək.
(Tərcümə: Orxan Nəbiyev)