Polşa səfiri Rusiya XİN-ə çağırılıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Polşanın Rusiyadakı səfiri Kşiştof Krayevski Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

AzerTimes-ın məlumatına görə, səfir üç rusiyalı diplomatın Polşada persona-non qrata elan edilməsi ilə bağlı çağırılıb.

Rusiya XİN bu addıma cavab olaraq Polşanın 5 diplomatının ölkədən çıxarılacağını elan edib.


Qeyd edək ki, son günlərdə ABŞ, Çexiya və Slovakiya rusiyalı diplomatların ölkədən çıxarılmasını elan etmişdi.