Polşa səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova məlumat verib.
Qeyd edək ki, 15 noyabr gecəsi Polşanın Ukrayna ilə sərhəddəki Lyublin ərazisinə iki raket düşüb, nəticədə iki mülki şəxs həlak olub. Polşa raket zərbəsində Rusiyanı ittiham etsə də, Moskva bu ittihamları rədd edib.