Polşa səfiri Bakıda FIG Dünya Kuboku çərçivəsində ölkəsinin idmançıları ilə görüşüb (FOTO)

Polşanın Azərbaycandakı səfiri Rafal Poborski Bakıda Milli
Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə
keçirilən FIG Dünya Kuboku çərçivəsində ölkəsinin idmançıları ilə
görüşüb.

AzerTimes-ın
məlumatına görə, martın 31-dən aprelin 3-dək Milli Gimnastika
Arenasında Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kuboku
keçirilib.

Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü
beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145
idmançı qüvvəsini sınayıb.

2022-ci ildə bu gimnastika növü üzrə müxtəlif ölkələrdə
keçirilən Dünya Kubokunun üç mərhələsindən sonra Bakıda keçiriləcək
yarışlar final mərhələsi hesab olunur.

Yarış zamanı azərbaycanlı gimnast Nikita Simonov halqa
hərəkətləri üzrə FIG Dünya Kubokunun bürünc medalını qazanıb.

Teqlər: