Polşa rusların əmək bazarına girişini ləğv etdi

Polşa rusların əmək bazarına girişini ləğv etdi

Rusların Polşanın əmək bazarına sadələşdirilmiş girişi ləğv edilib.

AzerTimes xəbər verir ki, bu barədə Polşanın ailə işləri və sosial siyasət naziri Marlena Malonq məlumat verib.

“Rusiyanın Ukraynaya hücumu və Rusiyadan miqrasiya riskinin artması səbəbindən biz rusların Polşanın əmək bazarına daha asan çıxışını ləğv etmək qərarına gəldik. Əgər sahibkarlar Rusiya vətəndaşlarını iş icazəsi əsasında işə götürmək istəyirlərsə, artıq əvvəlki kimi yoxlamadan azad olmayacaqlar”, – nazir deyib.

Teqlər: