Polşa: Rusiyaya qarşı 7-ci paket üzərində iş gedir

Polşa: Rusiyaya qarşı 7-ci paket üzərində iş gedir

Artıq Avropa Birliyində Rusiyaya qarşı yeddinci sanksiyalar paketi üzərində iş gedir.

AzerTimes xəbər verir ki, bu barədə Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski məlumat verib.

“Sanksiyalar daha da kəskin olmalıdır: Söhbət Rusiyanın hələ də sata biləcəyi qaz kontekstində, bütün Rusiya banklarının SWIFT sistemindən ayrılmasından gedir. Burada mən ilk növbədə “Qazprombank”dan danışıram.

Rusiyaya hələ də tədarük edilə bilən və Rusiya tərəfindən öz sənayesində istifadə oluna bilən texnologiyalara embarqo lazımdır”, – Yablonski qeyd edib.

Teqlər: