Polşa Rusiyanı terrorçu dövlət kimi tanıdı

Polşa Rusiyanı terrorçu dövlət kimi tanıdı

Polşa Seymi Rusiya Federasiyasını terrorizmi dəstəkləyən və terror tədbirləri tətbiq edən dövlət kimi tanıyıb.

AzerTimes xəbər verir ki, müvafiq qərar dekabrın 14-də qəbul edilib.

Sənəddə bildirilir ki, Rusiya insan haqlarını, beynəlxalq hüququ və BMT Nizamnaməsini, eləcə də bir sıra digər öhdəlikləri sistemli şəkildə pozur.

Bundan əlavə, Rusiya digər ölkələrin ərazilərinə hücum edir, hərbi cinayətlər və soyqırımlar törədir, həmçinin, xüsusilə enerji sahəsində düşmən fəaliyyəti həyata keçirir.

Teqlər: