Polşa Belarus və Rusiya ilə sərhəd yaxınlığında hərbi təlimlər keçirəcək.
AzerTimes xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Baş Komandanlığı məlumat yayıb.
“Noyabrın əvvəlində qoşunların “ZUBR-23” adlı taktiki təlimləri keçiriləcək”, – məlumatda deyilir.
Bildirilib ki, təlimlərlə əlaqədar Podlaskie, Mazovets, Lyublin və Varmiya-Masuriya bölgələrində yollarda, şəhərlərdə və meşələrdə qoşunların və hərbi texnikanın hərəkəti artırılacaq.