Polşa ABŞ-dan 486 ədəd HİMARS reaktiv yaylım atəşi sistemləri alır.
AzerTimes xəbər verir ki, bunu Polşanın müdafiə naziri Mariuş Blaşçak deyib.
Müdafiə naziri qeyd edib ki, hökumət artıq müvafiq sazişi təsdiqləyib:
“Amerika sözügedən sistemlərin tədarükünə 2025-ci ilin sonunda başlayacaq. İşğalçının qarşısını almaq üçün Polşaya məhz bu qədər qurğu lazımdır”.