Polşanın antiinhisar tənzimləyicisi “UOKiK” “Qazprom” və “Şimal Axını 2” qaz boru kəmərinin inşasında iştirak edən digər beş şirkəti boru kəmərinin qurumun razılığı olmadan çəkildiyi üçün müvafiq olaraq 7.6 milyard və 61 milyon dollar məbləğində cərimələyib.
Qurumun Twitter hesabında verilən məlumata görə, “Şimal Axını 2” boru kəmərinin tikintisini maliyyələşdirmək üçün bağlanan müqavilələrə xitam verilməsi barədə əmr verilib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, “Qazprom” şirkətinin sözügedən qərara cavab tədbirləri görəcəyinə əmin olduğunu bildirib.
Qazprom şirkəti isə bu gün verdiyi açıqlamada şirkətin Polşa antiinhisar tənzimləyicisi “UOKiK”in son qərarı ilə əsaslı şəkildə razılaşmadığını və apellyasiya hüququndan istifadə edəcəyini açıqlayıb.