Polşa Prezidenti Andjey Duda Kiyevə qəfil səfər edib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, səfər zamanı Duda Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək və Zaporojye AES-də Rusiyanın terror təhlükəsi ilə bağlı məsələləri müzakirə edəcək.
Qeyd edək ki, bu gün Litva Prezidenti Gitanas Nauseda da Ukraynaya səfər etmişdi.