Polşa Müdafiə Nazirliyi yeni piyada diviziyasının formalaşdırıldığını elan edib.
AzerTimes xəbər verir ki, Polşanın müdafiə naziri Mariuş Blaşak Varşava yaxınlığında yerləşən Nove-Miasto-nad-Pilicą şəhərində 8-ci piyada diviziyasının formalaşdırılması barədə qərarı imzalayıb.
Yeni hərbi birləşmənin qərargahı həmin şəhərdə dislokasiya olunacaq.
Qeyd edək ki, Polşa 2035-ci ilədək Silahlı Qüvvələrin şəxsi heyətinin sayını 300 minə çatdırmağı hədəfləyir.