Polşa nəşri: Rusiya əvvəlki kimi qazanmır, lakin…

Polşa nəşri: Rusiya əvvəlki kimi qazanmır, lakin…

Qərb ölkələri Rusiya iqtisadiyyatını məhv edə bilmədi.

AzerTimes xəbər verir ki, bu barədə “Mysl Polska” nəşri məlumat yayıb.

“Rusiyanın dünya neft ticarətində payı 11%, təbii qaz və buğda – 17%, kalium gübrələri – 20% və s. Və bu ixrac Rusiyanın bacarıqlı maliyyə siyasəti sayəsində çökməyib. Rusiya əvvəllər olduğu kimi qazanmır, lakin yenə də çoxlu pul qazanır”, – deyə bildirilib.

Nəşr yazır ki, Vaşinqton Rusiyanı dollardan tamamilə kəsmək kimi qəti addımlar ata bilməz, çünki belə bir addım beynəlxalq ticarətdə xaosa və dolların təhlükə qarşısında qalmasına səbəb ola bilər.

Teqlər: