Müharibənin ilk günlərindən Polşa Ukraynanın ən sadiq dəstəkçilərindən biri olub – hərbi və iqtisadi yardım edib, milyonlarla ukraynalı qaçqına qucaq açıb. Lakin müharibə yorğunluğu başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzetinin təhlilində bildirilib.
Nəşr Polşa Prezidenti Dudanın xarici siyasət üzrə müşaviri Martsin Pşidaçın “Kiyev Varşavanın Ukrayna üçün oynadığı rolu qiymətləndirməyə başlamalıdır” deməsindən sonra Polşa və Ukrayna rəsmiləri arasında açıq toqquşma olduğunu xatırladıb.
“Onun sözləri Ukraynanın Polşaya taxıl ixracı ilə bağlı Kiyev və Varşava arasında artan mübahisəyə cavab idi və Ukraynanın Baş naziri Şmıqal Polşanın hərəkətlərini “dostluqdan kənar və populist” adlandırdı.
Müharibənin 18 aya yaxınlaşması gərginliyə, yorğunluq və əsəblərin gərilməsinə səbəb olur. Bu da bəzi müşahidəçiləri narahat edir”, – məqalədə vurğulanıb.