Polşa gələn ildən müdafiə xərclərini ölkənin ümumi daxili məhsulunun 3,1 faizindən 4,7 faizinə qədər artırmaq niyyətindədir.
AzerTimes RMF FM radiostansiyasına istinadla xəbər verir ki, hakim koalisiya liderləri gələn il müdafiə xərclərini ÜDM-in ən azı 4,7 faizinə çatdıracaq büdcə layihəsinin hazırlanması ilə bağlı razılığa gəliblər.
NATO-ya görə, hazırda yalnız beş üzv dövlət – Polşa, Estoniya, ABŞ, Latviya və Yunanıstan müdafiəyə ÜDM-in 3 faizindən çoxunu xərcləyir.