Polşanın “PGNiG” neft və qaz şirkəti bu gün Moldovaya 1 milyon kubmetr qaz tədarük edəcək.
AzerTimes-ın məlumatına görə, bu barədə şirkətin açıqlamasında deyilir.
Açıqlamada bildirilir: “”PGNiG Supply & Trading” ABŞ-Ukrayna qrupu “ERU” ilə əməkdaşlıq çərçivəsində Moldovaya təbii qaz tədarükü üzrə tenderin qalibi olub”.
Qeyd edilir ki, bu, qeyri-rus mənbədən bu ölkəyə ilk qaz tədarükü olacaq.