Polşa sərhəd xidmətinin komandiri Tomaş Praqa Polşa-Belarus sərhədinə daha min əsgərin köçürülməsi ilə bağlı Milli Müdafiə Nazirliyinə müraciət edib.
AzerTimes xəbər verir ki, bu barədə Polşa daxili işlər nazirinin müavini Maçey Vonsik məlumat verib.
Vonsikin sözlərinə görə, sərhəddə vəziyyət son dərəcə ağırdır:
“Miqrantların Polşa sərhədini qanunsuz keçmə prosesini Belarus Sərhəd Xidməti təşkil edir. Həmçinin, Belarusla sərhəddə miqrasiya təzyiqi də artmaqdadır. Vurğulamaq istəyirəm ki, Belarus və Rusiya 40-dan çox ölkədən qaçaqmalçı və miqrantları xüsusi xidmət orqanları vasitəsilə işə götürür. Çünki biz Polşa-Belarus sərhədində bir çox millətlərin nümayəndələrini qeydə almışıq”.