Polşa: Kiyevdən yalnız üzr yox, real addım da gözləyirik!

Polşa: Kiyevdən yalnız üzr yox, real addım da gözləyirik!

Varşava Kiyevdən İkinci Dünya müharibəsi zamanı Volində polşalıların ukraynalı millətçilər tərəfindən məhv edilməsinə görə təkcə üzr istəməsini gözləmir.

AzerTimes xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Pavel Yablonski deyib.

O bildirib ki, Polşa bu məsələ ilə bağlı Ukraynadan hərtərəfli həllər gözləyir:

“Biz bir bəyanat, bir üzr istəmirik. Biz istəyirik ki, bu iş hərtərəfli və uzunmüddətli həllini tapsın. Söhbət bir bəyanatdan yox, ekskumasiyanın aparılmasından və qurbanların xatirəsinə ehtiramın ifadəsindən gedir. İki ölkənin hökumətləri bu problemi həll etmək üçün çalışırlar. Volin qırğını ilə bağlı Ukrayna ilə danışıqlar bəzən hətta çox kəskin olur, lakin mövzu unudulmur”.

Teqlər: