Polşa Prezident Vladimir Zelenskinin tərəfdaşlarına təqdim etdiyi Ukraynanın Qələbə planının gizli əlavələrinə giriş əldə etməyib.
AzerTimes xəbər verir ki, bu barədə Polşa xarici işlər nazirinin müavini Vladislav Teofil bildirib.
O qeyd edib ki, Polşa Xarici İşlər Nazirliyi bu məsələni Ukrayna ilə müzakirə edəcək, çünki Varşava məxfi hissə ilə bağlı məlumatlandırılan ölkələr siyahısına daxil edilməlidir:
“Biz Ukraynaya mümkün olan hər şeydə hərbi yardım göstərdik. Almaniya onlara dəbilqə göndərməkdən danışanda biz onlara 320 tank göndərdik. Buna görə də bizim töhfəmiz xüsusən də ən çox ehtiyac duyulduğu dövrdə əhəmiyyətli idi”.