Almaniya və Polşa arasında miqrantlara yüz minlərlə iş vizasının qeyri-qanuni verilməsi ilə bağlı qalmaqal yaranıb.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Almaniya kansleri Olaf Şolts bildirib ki, ölkələr arasında sərhəd nəzarətini gücləndirmək lazım ola bilər:
“Almaniyaya gəlib cinayət törədən hər kəs vətənə qaytarılmalıdır. Almaniya sığınacaq hüququna sadiqdir. Sərhədlərdəki vəziyyətlə əlaqədar Polşada vizaların verilməsi zamanı mümkün pozuntulara aydınlıq gətirilməlidir. Pulla verilən vizalar problemi daha da ağırlaşdırdı. Sərhədlərdə mövcud vəziyyətdən asılı olaraq əlavə tədbirlər görülməlidir”.