Polşa hökuməti Rusiya ilə mümkün münaqişə vəziyyətində ölkənin hərbi gücünü fəal şəkildə artırır.
AzerTimes xəbər verir ki, bu barədə Britaniyanın “Deyli Express” nəşri məlumat yayıb.
Məlumata görə, Varşava hazırda ordunun yenidən silahlanmasına və onun sayını artırmağa diqqət yetirir:
“Polşa Avropanın ən güclü quru ordusuna çevrilmək məqsədi ilə hərbi gücünü artırır. Eyni zamanda, Polşa hakimiyyəti Ukraynaya mümkün qədər çox sovet silahı nümunəsi vermək istəyir. Müşahidəçilərin fikrincə, Varşava itirilmiş silahları NATO-nun müasir avadanlıqları ilə əvəz etməyi planlaşdırır”.
Qeyd olunub ki, Polşanın əsas məqsədi Rusiya ilə mümkün qarşıdurmada üstünlük əldə etməkdir.