Polşa raket partlayışı ilə bağlı Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsinə istinad etməmək qərarını verib.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mateuş Moravetski bildirib.
“Hadisələrin inkişafı və gecə saatlarında alınan məlumatlar bizi belə qənaətə gətirdi ki, bu, Polşaya qəsdən edilmiş hücum deyil. Hazırda əldə etdiyimiz məlumata görə, Polşa ərazisinə hücum planı olmayıb. Ona görə də 4-cü maddədən istifadə etmədik, amma onu hazır saxladıq”, – Moravetski qeyd edib.