Polşada yeni istehkamçı batalyonu yaradılacaq.
AzerTimes xəbər verir ki, bunu Polşanın müdafiə naziri Mariuş Blaşçak deyib.
Blaşçak bildirib ki, onun ölkənin şimal-şərqində, Avqustov şəhərində Suvalki dəhlizində yerləşdirilməsi planlaşdırılır:
“Yaxınlarda Avqustovda istehkamçı batalyonu yaradılacaq. Bu, bizim sıfırdan tikdiyimiz daha bir hərbi hissədir və sizi əmin edirəm, sonuncu olmayacaq”.