Polşa Çexiyaya ərazi iddiası irəli sürəcək

Polşa Çexiyaya ərazi iddiası irəli sürəcək

Polşa hökuməti yaxın vaxtlarda Çexiyaya ərazi iddiası irəli sürəcək.

AzerTimes xəbər verir ki, bu barədə “Rzeczpospolita” nəşri məlumat yayıb.

Məlumata görə, mübahisəli ərazinin sahəsi 368,44 hektardır.

Polşa tərəfinin fikrincə, söhbət ötən əsrin 50-ci illərində baş vermiş Polşa-Çexoslovakiya sərhəd bölgüsündən gedir. Bu, Polşa tərəfinin ziyanına həyata keçirilib.

Lakin bəzi polşalı deputatlar Ukrayna münaqişəsi zamanı qonşularla mübahisə etməyin düzgün olmadığını qeyd edərək, bu təşəbbüsü müsbət qarşılamayıblar.

Teqlər: