Polşa bu sübutları Belarusa təqdim etdi

Polşa bu sübutları Belarusa təqdim etdi

Hərbi helikopterlərin hava sərhəddini pozması ilə bağlı sübutları Polşanın Minskdəki səfiri Belarus Xarici İşlər Nazirliyinə təqdim edib.

AzerTimes xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Təqdim olunan məlumatlar Belarus Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin rəsmi bəyanatlarında ifadə olunan Belarusun mövqeyi ilə ziddiyyət təşkil edir. Biz Belarus tərəfini hadisə ilə bağlı dərhal izahat verməyə, məsələ ilə bağlı mövqeyini düzəltməyə və Polşa-Belarus sərhədində bütün təxribatları dayandırmağa çağırırıq”, – məlumatda qeyd edilib.

Teqlər: