Polşa Belarusla sərhəddə hasar tikintisini yekunlaşdırıb.
AzerTimes xəbər verir ki, bu barədə Polşa xüsusi xidmət orqanlarının əlaqələndirici nazirinin mətbuat katibi Stanislav Jarin məlumat verib.
Qeyd olunub ki, sərhədboyu 180 km-dən uzun və 5 metr hündürlüyündə olan hasar texniki avadanlıqla birlikdə təxminən 400 milyon dollara başa gəlib.