Bu gün Polşa Belarusla sərhəddə divarın tikintisinin başa çatdığını elan edib.
AzerTimes xəbər verir ki, bu barədə Polşa sərhəd xidmətinin Tvitter hesabında məlumat verilib.
Divarın tikinti yerindən müvafiq video da yayımlanıb.
“Yanvarın 25-də Polşa-Belarus sərhədində tikintisi başladılan hasar bu gün yekunlaşıb. Hasarın uzunluğu 186,25 km, hündürlüyü 5,5 metrdir. Hasar tamamilə tikanlı məftillə möhkəmləndirilib. Layihənin ümumi dəyəri texniki avadanlıqla birlikdə təxminən 400 milyon dollar təşkil edib”,- məlumatda deyilir.