Polşa Azərbaycanla ikitərəfli münasibətləri yüksək qiymətləndirir – Zbiqnev Rau

Polşa Azərbaycanla ikitərəfli münasibətləri yüksək
qiymətləndirir.

AzerTimes-ın məlumatına görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri,
Polşa Respublikasının xarici işlər naziri Zbiqnev Rau Azərbaycan
xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında
deyib.

“Biz regionda təhlükəsizliyin hələ kövrək vəziyyətdə qalmasından
narahatıq. ATƏT regionda sülhün təmin edilməsi və etimadın
yaradılması üçün lazımi dəstəyi göstərməyə hazırdır”, – deyə o
bildirib.

Teqlər: