Polşa ümid edir ki, ABŞ-dan ölkəyə silah axını Avropanın ən böyük quru qoşunlarını formalaşdırmağa kömək edəcək.
AzerTimes xəbər verir ki, bu barədə “Vaşinqton Post” nəşrinin yaydığı məlumatda bildirilib.
Polşanın müdafiə naziri Mariuş Blaşçak nəşrə verdiyi müsahibədə “Bu müasir silahlar silahlı qüvvələrimizi müdafiə qabiliyyətinin tamamilə yeni səviyyəsinə qaldıracaq” deyib.
Blaşçak qeyd edib ki, uzun illərdir ki, polşalı siyasətçilər Rusiyanın real ekzistensial və sivilizasiya təhlükəsi olduğunu müdafiə ediblər.