Polşa hakimiyyəti Almaniya hökumətinə “Leopard” tanklarının Ukraynaya tədarükünə icazə verilməsi xahişi ilə rəsmi müraciət edib.
AzerTimes xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Mariuş Blaşçak Tvitter səhifəsində məlumat yayıb.
“Almaniya artıq “Leopard 2” tanklarının Ukraynaya tədarükünə icazə üçün göndərdiyimiz sorğunu alıb. Mən Almaniya tərəfini də Ukraynanı “Leopard 2” tankları ilə dəstəkləyən ölkələrin koalisiyasına qoşulmağa çağırıram. Bu, bizim ümumi işimizdir, çünki söhbət bütün Avropanın təhlükəsizliyindən gedir”, – Polşanın müdafiə naziri bildirib.