ABŞ “AH-64E Apache” helikopterlərinin və digər sistemlərin Polşaya satışını təsdiqləyib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bəyanat yayıb.
“Polşa hökumətinə təxminən 12 milyard dollar dəyərində “AH-64E Apache” helikopterlərinin və müvafiq avadanlıqların potensial satışını təsdiqləyirik”, – bəyanatda deyilir.
Sənədə görə, Polşa hakimiyyəti əvvəllər ABŞ-dən 96 belə helikopter, eləcə də müxtəlif ehtiyat hissələri istəyib.