Polşa 50 ölkəyə nota göndərdi

Polşa 50 ölkəyə nota göndərdi

Polşa 50 ölkəyə Almaniyadan təzminat almaq hüququnu izah edən nota göndərib.

AzerTimes xəbər verir ki, bunu Polşa Seyminin Beynəlxalq Münasibətlər Komitəsi sədrinin müavini Arkadiuş Mulyarçik söyləyib.

Qeyd edək ki, daha öncə Polşa hakimiyyəti İkinci Dünya müharibəsindən dəymiş ziyana görə Almaniyadan 6,2 trilyon zloti (təxminən 1,3 trilyon dollar) tələb etdiklərini bildirmişdi.

“Polşa dövləti oktyabrın 3-də Almaniya Xarici İşlər Nazirliyinə göndərilmiş rəsmi notaya hələ də cavab almayıb. Biz qərara gəldik ki, Polşanın mövqeyi, notamızın Almaniya dövlətinə göndərilməsinin hüquqi, praktiki və mənəvi əsasları barədə Avropa Birliyi, NATO , eləcə də Avropa Şurasından olan tərəfdaşlarımızı məlumatlandıraq. Avropa Birliyinin 50-yə yaxın ölkəsi, NATO, həmçinin Avropa Şurasına nota göndərdik”, – Mulyarçik qeyd edib.

Teqlər: