Polşanın xarici işlər naziri Radoslav Sikorski 50-dən çox ölkədəki səfirləri dəyişdirmək qərarına gəlib.
AzerTimes xəbər verir ki, bu barədə Polşa XİN-in məlumatında deyilir.
“Xarici işlər naziri Radoslav Sikorski 50-dən çox səfirin missiyasını dayandırmaq və nazirliyin əvvəlki rəhbərliyi tərəfindən irəli sürülən 10-a yaxın namizədi geri çağırmaq qərarına gəlib”, – deyə məlumatda bildirilir.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, kadr dəyişiklikləri ölkənin baş naziri tərəfindən təsdiqlənib və diplomatların geri çağırılması prosedurlarına başlanılıb.
Qeyd edək ki, R.Sikorski 2023-cü ilin payızından XİN-ə rəhbərlik edir.